"Neftçi" Polşa klubunu yendi

"Neftçi" Polşa klubunu yendi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi" bu gün son yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Polşanın "Qurnik" (Leçna) komandası ilə qarşılaşıb.

Matçın startı Bakı vaxtı ilə saat 16:00-a təyin olunsa da, referi Yasin Duranın başçılıq etdiyi hakimlər briqadasının ləngiməsi üzündən görüş 22 dəqiqə gec başlayıb.

Matç "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda vurulan yeganə qola 53-cü dəqiqədə Emin Mahmudov imza atıb. 

Qeyd edək ki, "Neftçi" ilk sınağında Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı heç-heçə edib. İkinci görüşündə isə Polşa "Visla"sı (Plotsk) ilə bərabərliyə razılaşıb - 1:1. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər