"Neftçi" müdafiəçisi ilə müqaviləni pozdu - RƏSMİ

"Neftçi" müdafiəçisi ilə müqaviləni pozdu - RƏSMİ
"Neftçi" futbolçusu Cabir Əmirli ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub 24 yaşlı müdafiəçiyə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, ötən ilin yayında "Neftçi”yə transfer olunmuş Əmirli bu ilin yanvarından mövsümün sonunadək icarə əsasında "Sumqayıt” klubunda çıxış edib. O, 2020/2021 mövsümündə 5 oyunda "ağ-qara" formada meydana çıxıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər