"Neftçi" milli üzvünü heyətinə qatdı - RƏSMİ

"Neftçi" milli üzvünü heyətinə qatdı - RƏSMİ
"Neftçi” növbəti transferini rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi Xəyal Nəcəfovla 2 illik müqavilə bağlanıb.
İyirmi üç yaşlı yarımmüdafiəçi komandanın heyətində 97 nömrəli formanı geyinəcək. 2015-ci ildən "Sumqayıt”da çıxış edən Xəyal Nəcəfov Azərbaycan milli komandasının üzvüdür.
Qeyd edək ki, "Neftçi” bundan əvvəl iki yarımmüdafiəçi – paraqvaylı Sezar Meza Kolli və San-Tome və Prinsipidən olan Harramiz Suaresi transfer edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər