"Neftçi" milli üzvünü havayı buraxmağa razıdır

"Neftçi" milli üzvünü havayı buraxmağa razıdır

"Neftçi" yayda heyətinə qatdığı və 2 illik müqavilə imzaladığı Harramiz Soareşlə vidalaşmağa hazırdır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Samir Abasovun bəyənərək komandaya götürdüyü yarımmüdafiəçinin ümidləri doğrultmaması "ağ-qaralar"ı dilemma qarşısında qoyub.

Belə ki, San tome və Prinsipi yığmasının 31 yaşlı üzvünün komandadakı yerli gənclərdən belə, zəif oyunla diqqət çəkməsi rəhgbərliyin narazılığa səbəb olub. Onun müqaviləsinə qarşılıqlı razılıq əsasında elə bu qış xitam verilməsi bakılıların əsas hədəflərindəndir. Lakin Azərbaycan komandasına keçənədək "Eştoril"lə Portuqaliyanın Sequndasında çempion olmuş Harramizlə vidalaşmaq o qədər də asan olmayacaq. Bakı təmsilçisində özünü yaxşı tərəfdən göstərə bilməyən vingerin başqa komandada "Neftçi"dəki qədər əməkhaqqı ala bilməyəcəyini onun agenti də bilir. Bu üzdən Harramiz oynamasa belə, "Neftçi"ni vaxtından əvvəl tərk etmək niyyətindən uzaqdır.

Hazırda maliyyəyə qənaət etməyin yeganə yolu faydasız əcnəbini mümkün qədər az oynatmaqdır. Onun "Neftçi" ilə olan anlaşmasında oyun sayı ilə bağlı xüsusi bənd var. Yəni əsas heyətdəki yerini itirən futbolçu meydana nə qədər çox buraxılarsa, bonus şəklində alacağı pulların məbləği də bir o qədər artacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər