"Neftçi" məşhur italyan mütəxəssislə anlaşdı

"Neftçi" məşhur italyan mütəxəssislə anlaşdı
"Neftçi”nin yeni baş məşqçisi müəyyənləşib.
 
Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, Bakı klubu italyan mütəxəssis Roberto Bordinlə anlaşıb.
Məlumata görə, tərəflər 2 illik müqaviləni rəsmiləşdirib. Roberto Bordin rəsmi anlaşmanı iyunun 8-də imzalayaxaq.
53 yaşlı mütəxəssis məşqçi karyerası ərzində İtaliyanın "Padova", "Syena", "Sassuolo", "Verona",  "Triestina" və Rumıniyanın ÇFR kublarında çalışıb. Onun son iş yeri "Şerif" olub. İtalyan mütəxəssis bu klubu 2 dəfə Moldova çempionu, bir dəfə ölkə kubokunun və bir dəfə Super Kubokunun qalibi edib, komandanı həmçinin Avropa Liqasının qrup mərhələsinə çıxardıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər