Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun oyunları keçiriib.
Fanat.Az xəbər verir ki, bu gün daha iki matç baş tutub. Turun açılış matçında “Zirə” “Səbail"i qəbul edib. “Zirə” “Səbail”i qəbul edib. 3:1 hesablı qalib gələn "Zirə" turnir cədvəlində ikinci pilləyə yüksəlib.
Günün ikinci matçında isə “Neftçi” öz meydanında “Sabah”la üz-üzə gələcək. "Ağ-qaralar" baş məşqçi dəyişikliyindən sonra adından söz etdirən Masazır təmsilçisinə 1:2 hesabı ilə məğlub olub. Tura sabah keçiriləcək “Qəbələ” – “Sumqayıt” görüşü ilə yekun vurulacaq.
İlk oyun günündə “Qarabağ” “Keşlə”ni 1:0 hesabıyla üstələyib. Azərbaycan Premyer Liqası 11-ci tur 20 noyabr 16:00. “Zirə” – “Səbail” 3:1
Qollar: Qismət Əliyev, 23, David Volkov, 47, Loris Broqno, 74 - Rauf Əliyev, 87
“Zirə”: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 4. Cəlal Hüseynov Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 44. Dmitrios Çantakias, 11. Velves Santos, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov Baş məşqçi: Rəşad Sadıqov
“Səbail”: 31. Nail Alışov, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 33. Domantas Şimkus, 30. Camal Araqo Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 22. Əfran İsmayılov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 2. Elton Əlibəyli, 20. Orxan Fərəcov, 77. Ədilxan Qarəhmədov, 99. Vidadi Cəfərov, 38. Zeynəddin Abdurahmanov Məşqçi: Vüqar Məmməd
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı. Zirə İdman Kompleksinin stadionu, 16:00. 18:15. “Neftçi” – “Sabah” 1:2
Qollar: Ramon Maçado, 33 - Coy-Lens Mikels, 53, 69
“Neftçi”: 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 91. Ramon Maçado, 7. Xorxe Korrea, 20. Mert Çelik Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 29. Sabir Buqrin, 11. Harramiz Soares, 4. Huqo Basto, 14. Romen Bask, 36. Mamadu Kane, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov Baş məşqçi: Samir Abasov
“Sabah”: 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 32. Rustam Samigullin, 24. Mixeil Erqemlidze, 55. Şpiro Periçiç, 5. Arsen Ağcabəyov, 8. Şakir Seyidov, 21. İldar Alekperov, 77. Veysəl Rzayev, 33. Camal Cəfərov Baş məşqçi: Murad Musayev
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Fərid Hacıyev. Bakı. “Bakcell Arena”, 18:15.