"Neftçi" lider oldu, "Keşlə" son pillədən qurtuldu

"Neftçi" lider oldu, "Keşlə" son pillədən qurtuldu

Azərbaycan Premyer Liqasında VI turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 matç keçirilib.

Günün ilk görüşündə autsayderlər üz-üzə gəlib. "ASK Arena"da "Keşlə" və "Sabah" qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Son çempion isə "Neftçi" "ASCO Arena"da "Səbail"in qonağı olub. "Neftçi" meydanı 3:1 hesablı qələbə ilə tərk edib. 

Azərbaycan Premyer Liqası VI tur 2 oktyabr (şənbə)

“Keşlə” – “Sabah” 2:0 Qollar: Merab Qiqauri, 3; Santos, 90+5

“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 21. Miyusko Boyoviç, 11. Sadio Tounkara, 77. Merab Qiqauri, 72. Aldair Neto, 10. Felipe Santos, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 7. Rəhman Hacıyev, 23. Nicat Qurbanov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 17. Omar Qudiabi, 50. Samir Abdullayev, 95. Rəhman Daşdəmirov Məşqçi: Zaur İsmayılov

“Sabah”: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 26. Fofana Tiemoko, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 11. Kristian Sebalyos, 7. Petar Skuletiç, 33. Camal Cəfərov Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 32. Rustam Samigullin, 14. Slavik Alxasov, 9. Xulio Sezar Rodrigez, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 21. İldar Alekperov, 77. Veysəl Rzayev, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev, 13. Abdulla Rzayev Baş məşqçi: Ramin Quliyev

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev Hakim-inspektor: Gülağa Cabarov AFFA nümayəndəsi: Əsgər Əmirəliyev “ASK Arena”

19:15. “Səbail” – “Neftçi” 1:3 Qollar: Nikolas Raysel, 90+5 - Yusuf Laval, 26, Tiaqo Bezerra, 45+1, 78

Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 11. Rauf Əliyev, 6. Cabir Əmirli, 33. Domantas Şimkus, 34. Yurgen Qoxa, 30. Camal Araqo, 32. Nikolas Raysel, 77. Ədilxan Qarəhmədov. Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 22. Əfran İsmayılov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 2. Elton Əlibəyli, 88. Elmir Tağıyev, 99. Vidadi Cəfərov, 38. Zeynəddin Abdurahmanov. Baş məşqçi: Aftandil Hacıyev.

Neftçi: 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 10. Sezar Meza Kolli, 4. Huqo Basto, 14. Romen Bask, 9. Tyaqo Bezerra, 20. Mert Çelik, 37. Vüsal Əsgərov. Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 29. Sabir Buqrin, 11. Harramiz Soares, 91. Ramon Maçado, 36. Mamadu Kane, 7. Xorxe Korrea, 21. İsmayıl Zülfüqarlı. Baş məşqçi: Samir Abasov.

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Fərid Hacıyev Hakim-inspektor: Rövşən Əhmədov AFFA nümayəndəsi: Mübariz Hüseynov “ASCO Arena”

Qeyd edək ki, ilk oyun günündə "Zirə" evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 3-də oynanılacaq "Qarabağ" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.

N Klublar O Q H M T-F X
1 Neftçi 6 4 1 1 13-7 13
2 Qəbələ 5 3 2 0 11-3 11
3 Qarabağ 5 3 2 0 9-3 11
4 Zirə 6 3 2 1 8-5 11
5 Sumqayıt 6 2 1 3 4-4 7
6 Səbail 6 2 0 4 4-13 6
7 Keşlə 6 1 1 4 4-10 4
8 Sabah 6 0 1 5 2-10 1
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər