"Neftçi" yayda heyətə qatdığı fransalı müdafiəçi Romen Baskın müqaviləsinə vaxtından əvvəl xitam verilməsində maraqlıdır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 2 illik anlaşmaya imza atan arxa xətt oyunçusu bu qış yola salına bilər.
Belə ki, Bask başqa klublardan təklif alacağı halda, "ağ-qaralar"la olan sözləşməsinin pozulmasına təzminat istəmədən razılaşacaq. Əks-təqdirdə bakılılar ümidləri doğrultmayan legionerə "start 11-lik"də oynatmadan məvacib ödəməli, ya da müəyyən məbləğdə pul verərək ondan qurtulmalıdırlar.