"Neftçi" "Keşlə"ni darmadağın etdi

"Neftçi" "Keşlə"ni darmadağın etdi

Millinin oyunlarına görə yaranan fasilədən yararlanan "Neftçi" və "Keşlə" komandaları yoxlama görüşündə üz-üzə gəliblər.

Fanat.Az xəbər verir ki, qarşılaşma "Türk Hava Yolları Futbol Mərkəzi"nda baş tutub.

Matç "ağ-qaralar"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin qollarını 28-ci dəqiqədə Yusuf Laval, 47 və 76-cı dəqiqələrdə Roman Maçado, 52-ci dəqiqədə isə Xəyal Nəcəfov vurub.

Son ölkə çempionu noyabrın 20-də Azərbaycan Premyer Liqasının XI turunda "Sabah"ı qəbul edəcək. "Keşlə" isə noyabrın 19-da "Qarabağ"ın qonağı olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər