"Neftçi"nin heyətinə qatacağı yeni futbolçunun kimliyi bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, müqavilə ilə Rusiyanın Premyer Liqa təmsilçisi "Ufa"ya məxsus olan Azər Əliyevdir.
Bakılılar Gürcüstan doğumlu azərbaycanlı yarımmüdafiəçini icarəyə götürmək niyyətindədir. Ötən ilin yayından Azəri rənglərinə bağlamaq istəyən "ağ-qaralar" həmin vaxt bu keçidi rəsmiləşdirə bilməsələr də, artıq vəziyyət müsbətə doğru dəyişib. Əliyev hazırda Bakıda olmasa da, onun yaxın vaxtlarda Azərbaycana gələrək "Neftçi"nin sıralarına qoşulacağı gözlənilir.
Bu gün icarə əsasında bakılıların formasını geyinən Mamadu Kanenin müqavilə ilə məxsus olduğu Yunanıstan "Olimpiakos"unun düşərgəsinə yollanması isə belə desək, Azərin bir ayağının artıq "Neftçi"də olduğunu söyləməyə əsas verir.
Emin