"Neftçi" "çərçivə"dəki rəqabəti artırmaq üçün axtarışlarını davam etdirir.
Fanat.Az-ın məlumatına görə, "ağ-qaralar" icarə əsasında "Qəbələ"nin formasını geyinən Nicat Mehbalıyevi transfer etmək üçün klubuna - "Sabah"a təklif göndərib.
Lakin Masazır təmsilçisi "qırmızı-qaralar"a cari mövsümün sonunadək icarəyə verdiyi qapıçını satmaq niyyətində olmadığını bildirib.
Bir müddət öncə komandanın əsas qolkiperi Saşa Stamenkoviçlə vidalaşan "Sabah" məhz Mehbalıyevə güvənmək niyyətindədir. Komandanın rusiyalı baş məşqçisi Murad Musayev hətta Nicatın icarə müqaviləsi başa çatmamış onu heyətə qaytarmağın tərəfdarıdır. Bu isə o deməkdir ki, tərəflər razılığa gələcəyi halda, Mehbalıyev bu qış müqavilə ilə məxsus olduğu kluba dönə bilər.