"Neftçi" İsraildən yeni hücumçu ilə qayıdacaq - İDDİA

"Neftçi" İsraildən yeni hücumçu ilə qayıdacaq - İDDİA

UEFA Konfrans Liqasının pley-off mərhələsinin Hayfa "Makkabi"si ilə oyununa yollanan "Neftçi" İsraildən yeni hücumçu ilə qayıdacaq.

Fanat.Az xəbər verir ki, avstraliyalı futbolçu Nikita Rukavitsanın transferinə çalışan "ağ-qaralar"ın rəhbərliyi İsraildə "Makkabi"nin rəhbərliyi ilə görüşəcək. Rukavitsanın "Neftçi" ilə birlikdə Bakıya qayıdacağı gözlənilir. Forvard Bakı təmsilçisinin təklifini qəbul etməyə razıdır.

One.co saytının məlumatına görə, avstriyalı futbolçu iki illik müqavilə imzalayacaq. Onun bir mövsümlük qazancı 400 min avro (təxminən 800 min manat).

Qeyd edək ki, Nikita Rukavitsa karyerası ərzində Avstraliyanın "Pert Qlori", "Vestern", Niderlandın "Tvente", Belçikanın "Roselar", Almaniyanın "Herta", "Maynts 05", "Frankfurt", İsrailin "Beytar" və "Makkabi" (Hayfa) klublarında çıxış edib. 

Karyerası ərzində 354 rəsmi oyuna çıxan 34 yaşlı forvard 110 qol vurub və 41 məhsuldar ötürmə edib. Nikita Rukavitsa 2010-cu ildə "Tvente" ilə Niderland Erediviziyasının, 2011-ci ildə "Herta" ilə II Bundesliqanın, son mövsümdə isə "Makkabi" ilə İsrail Premyer Liqasının qalibi olub. O, həmçinin 2019/20 (22 qol) və 2020/21 (19 qol) mövsümlərində İsrail çempionatının bombardiri adını qazanıb.

Avstraliyanın U-20 və U-21 yımalarında forma geyinmiş Nikita Rukavitsa 2009-cu ildən çağırıldığı A millidə 20 oyun keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər