"Neftçi" İngiltərə millisinin sabiq üzvünü istəyir

"Neftçi" İngiltərə millisinin sabiq üzvünü istəyir

Mövsümün sonunda hücum xəttini gücləndirməyi hədəfləyən "Neftçi" bir neçə hücumçunun transferini nəzərdən keçirir.

Fanat.Az xəbər verir ki, "ağ-qaralar"ın heyətə qatmaq istədiyi oyunçular arasında "Şamaxı"nın vingeri Natan Oduva da var.

Bakılılar İngiltərənin U-17, U-18, U-20 milliləri ilə yanaşı, Nigeriyanın U-23 yığmasının da formasını geyinmiş Oduvanı azad agent qismində rənglərinə bağlaya bilər.

Belə ki, "Tottenhem"in yetirməsi bu qış indiki klubu ilə 6 aylıq müqavilə bağlayıb. Qısa müddətdə özünü yaxşı tərəfdən 26 yaşlı Natanın "Neftçi"ni "Şamaxı"dan üstün tutacağı isə şübhə doğurmur.

"Neftçi" İngiltərə millisinin sabiq üzvünü istəyirEmin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər