“Neftçi” ilk oyunda uduzdu

“Neftçi” ilk oyunda uduzdu

“Neftçi” təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib. Fanat.Az xəbər verir ki, “ağ-qaralar” “Kəpəz”lə qarşılaşıb.

 

İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş bakılıların 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib.

 

Qeyd edək ki, “Neftçi” Bakı toplanışı çərçivəsində iyulun 15-də “Binə”, 19-da isə “Şüvəlan” klubu ilə qarşılaşacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər