"Neftçi" ilə açıq futbol oynamaq çətindir" - Yaşar Vahabzadə

"Neftçi" ilə açıq futbol oynamaq çətindir" - Yaşar Vahabzadə

"Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə "Neftçi"yə 2:5 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra ənənəvi mətbuat konfrasına qatılıb.

Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı belə danışıb:

"Çətin oyun olacağını gözləyirdik. Əks-hücumlara bel bağlamışdıq. "Neftçi" ilə açıq futbol oynamaq çətindir. İlk qoladək pis çıxış etmədik. Ancaq birinci qolu buraxandan sonra komandada psixoloji gərginlik yarandı. İkinci hissədə müəyyən dəyişikliklər etmək və matçda dönüş yaratmaq niyyətində idik. Müdafiədəki səhvlərə görə məğlub olduq. 

Vahabzadə azarkeşlərin onu istefaya səsləməsinə münasibət bildirib: "Azarkeşlərin məni istefaya səsləməsi normaldır. Bütün şüarları mən də eşidirdim".

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər