"Neftçi" iki oyunçusunu itirdi

"Neftçi" iki oyunçusunu itirdi

"Neftçi" bu dəqiqələrdə İsmət Qayıbov adına "Türk Hava Yolları Futbol Mərkəzi"ndə "Qəbələ" ilə hazırlıq matçı keçirir. 

Fanat.Az xəbər verir ki, artıq ilk hissədə "ağ-qaralar"ın 2 oyunçusu zədələnib.  

Bunlar argentinalı Xorxe Korrea və nigeriyalı Yusuf Lavaldır. Hər iki oyunçu matça davam edə bilməyib. 

Qeyd edək ki, Korrea qeyri-rəsmi görüşdə olsa da, "Neftçi"də debüt matçına çıxmışdı. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər