"Neftçi" I divizion klubunun futbolçusunu transfer etdi

"Neftçi" I divizion klubunun futbolçusunu transfer etdi
"Neftçi" qış transfer pəncərəsində növbəti keçidini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, I divizion təmsilçisi "Binə"nin futbolçusu Fərid Abbaslı karyerasını "Neftçi"də davam etdirəcək.
20 yaşlı müdafiəçi "İnter"in (hazırkı "Keşlə") yetirməsidir. Abbaslı daha əvvəl MOİK-də və hazırda "Neftçi"nin baş məşqçisi olan Tərlan Əhmədovun rəhbərliyi altında AZAL-da top qovub.
Qeyd edək ki, "Neftçi" "Qəbələ"dən Aqil Məmmədovla "Keşlə"dən İlkin Qırtımovu da rənglərinə bağlayıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər