“Neftçi” Helsinkidə dəstəksiz qalmayacaq

“Neftçi” Helsinkidə dəstəksiz qalmayacaq

"Neftçi”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində Helsinkidə HİK-lə keçirəcəyi oyunu Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov da izləyəcək.

Fanat.Az xəbər verir ki, səfir Zaur Əhmədov ötən gün "Neftçi”nin Helsinkidə məskunlaşdığı hotelə baş çəkib.

O, oyunu izləmək üçün matçın keçiriləcəyi "Bolt Arena”ya gələcəyini bildirib.

Sabahkı oyunda azərbaycanlı azarkeşlərin də tribunada olacağı gözlənilir. Belə ki, Diasporla iş üzrə Dövlət Komitəsi tərəfındən Finlandiyada yaşayan azərbaycanlılar üçün bilet alınıb. Təxminən 50-yə yaxın azərbaycanlı azarkeşin matçı izləyəcəyi gözlənilir.

Qeyd edək ki, HİK - "Neftçi” matçı sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər