“Neftçi” futbolçusunu Venesuella klubuna icarəyə verdi

“Neftçi” futbolçusunu Venesuella klubuna icarəyə verdi

Daha bir futbolçu “Neftçi”ni tərk edib. Fanat.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, söhbət yarımmüdafiəçi Edson Kastilyodan gedir.

 

Venesuelalı futbolçu karyerasını ölkəsi Venesuelada davam etdirəcək. 23 yaşlı futbolçu “Mineros Quayana” klubuna icarəyə verilib. Müqavilə ilə “ağ-qaralar”a məxsus olan Kastilyo bu ilin sonuna qədər Puerto-Ordas şəhəri təmsilçisinin formasını geyinəcək.

 

Qeyd edək ki, Edson Kastilyo “Neftçi”yə ötən ilin yayında məhz “Mineros Quayana”dan keçib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər