"Neftçi" futbolçusunu “Olimpiakos”a satdı, icarəyə götürdü

"Neftçi" futbolçusunu “Olimpiakos”a satdı, icarəyə götürdü

“Neftçi” futbolçusu Mamadu Kaneni Yunanıstanın “Olimpiakos” klubuna satıb. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb. Klublar arasında razılaşmaya əsasən, 24 yaşlı qvineyalı yarımmüdafiəçi müvəqqəti olaraq icarə əsasında Bakı təmsilçisinin heyətində çıxış edəcək.

Qeyd edək ki, Mamadu Kane 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunub. O, 52-si çempionat, 4-ü kubok, 15-i avrokubok olmaqla 71 matçda ağ-qara formanı geyinib və 2020/21 mövsümündə Azərbaycan çempionu olub. Kane Qvineya milli komandasının heyətində 6 oyuna çıxıb, 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər