"Neftçi" "Eştoril"in stopperini transfer etdi - RƏSMİ

"Neftçi" "Eştoril"in stopperini transfer etdi - RƏSMİ
"Neftçi” daha bir legioner transferini rəsmiləşdirib. 
Fanat.Az xəbər verir ki, portuqaliyalı Hüqo Baştu ilə 2 illik müqavilə imzalanıb.
 
28 yaşlı mərkəz müdafiəçisi paytaxt təmsilçisinin heyətində "4” nömrəli forma ilə çıxış edəcək.
 
O, son klubu "Eştoril”lə son mövsümdə Portuqaliyanın 2-ci liqasında çempion olub. Hüqo 2020/2021 mövsümündə komandasının 31 çempionat matçına çıxaraq 4 qol vurub.  
Arxa xətt oyunçusu daha öncə ölkəsinin "Varzim” (2012-2013), "Braqa B” (2013-2015), "Aruka” (2015-2018) və "Çaves” (2018-2020) klublarında da oynayıb. 
Baştu Portuqaliyanın U-18 və U-23 millilərinə dəvət alıb.
 
Qeyd edək ki, "Neftçi” yay transfer pəncərəsində bundan əvvəl Sezar Meza Kolli, Harramiz Soares və Xəyal Nəcəfovun timsalına 3 yarımmüdafiəçini və fransalı müdafiəçi Romen Baskı rənglərinə bağlayıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər