Növbəti mövsümə hazırlıqların ikinci mərhələsini Avstriyada davam etdirən “Neftçi” bu gün növbəti sınaq matçına çıxıb. Fanat.Az xəbər verir ki, “ağ-qaralar” Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl Əyn”lə üz-üzə gəlib.
Baş məşqçi Elxan Abdullayev Avstriyadakı ilk hazırlıq oyununda Almaniya Bundesliqa təmsilçisi “Şalke” ilə qarşılaşan və 0:1 hesabı ilə məğlub komandasını bu dəfə ərəblərə qarşı sınaqdan keçirib.
Matçın ilk hissəsində hesab açılmayıb. İkinci yarıda ilk olaraq ərəblər fərqləniblər. Paytaxt klubunun cavab cəhdləri sona 3 dəqiqə qalmış fayda verib. Mirabdulla Abbasov bərabərliyi təmin edib. Matç elə bu hesabla da başa çatıb.
Qeyd edək ki, paytaxt təmsilçisinin növbəti sınaqçı rəqibi “Herta” olacaq.
Fanat.Az