"Neftçi" dünya çempionatının iştirakçısını baxışa çağırdı

"Neftçi" dünya çempionatının iştirakçısını baxışa çağırdı
"Neftçi” baxışa yeni futbolçu dəvət edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, qvineyalı Mamadu Kane paytaxt təmsilçisinin düşərgəsinə qoşulub.
21 yaşlı futbolçu mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. Qvineyanın "Kaloum Star” klubunun üzvü olan Kane bu ölkənin 20 yaşadək milli komandasının formasını geyinib və dünya çempionatında iştirak edib.
Qeyd edək ki, "Neftçi"nin məşqçilər korpusu bu gündən məşqlərə qoşulan Mamadu Kane haqqında müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər