"Neftçi" büdrədi, "Qarabağ" liderliyini möhkəmlətdi

"Neftçi" büdrədi, "Qarabağ" liderliyini möhkəmlətdi

Azərbaycan Premyer Liqasında VII tura bu gün yekun vurulub.

Fanat.Az xəbər verir ki, bununla da çempionatın ilk dövrəsi başa çatıb.

İlk olaraq son çempion “Neftçi” meydana çıxıb. Paytaxt təmsilçisi bu mövsüm qeyri-sabit başlanğıcla diqqət çəkən “Sumqayıt”ın qonağı olub. Bakılılar "kimyaçılar"la matçda xal itirib. 

I dövrənin qapanış oyunu Masazırdakı “Bank Respublika Arena”da olub. Bu mövsüm hələ qələbə qazanmayan “Sabah” məğlubiyyətsiz yeganə komandayla - “Qarabağ”la qarşılaşıb. Epizodların birində qapıçı Şahriddin Məhəmmədəliyevlə toqquşandan sonra onun ayağına qəsdən zərbə endirən Xulio Sezar Rodriges komandasını çətin vəziyyətdə qoyub. Liderə qarşı 27-ci dəqiqədən azlıqda oynayan Masazır təmsilçisi "köhlən atlar"la dueldən xalsız ayrılıb.  

Azərbaycan Premyer Liqası 7-ci tur 17 oktyabr (bazar)

“Sumqayıt” – “Neftçi” 1:1  Qollar: Murad Xaçayev, 50 - Sabir Buqrin, 54  "Sumqayıt": 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 25. İlnur Valiev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 8. Səbuhi Abdullazadə, 27. Nihad Ağayev Baş məşqçi: Ayxan Abbasov "Neftçi": 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 4. Huqo Basto, 9. Tiaqo Bezerra, 36. Mamadu Kane, 20. Mert Çelik Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 10. Sezar Meza Kolli, 11. Harramiz Soares, 14. Romen Bask, 91. Ramon Maçado, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov Baş məşqçi: Samir Abasov Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Elgiz Abbasov “Kapital Bank Arena”, 16:30

“Sabah” – “Qarabağ” 1:2 Qollar: Aleksey İsayev, 65 - Filip Ozobiç, 44; Abdullah Zubir, 51. Qırmızı vərəqə: Xulio Sezar Rodriges, 27.

“Sabah”: 1. Səlahət Ağayev (k), 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 9. Xulio Sezar Rodrigez, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 5. Arsen Ağcabəyov, 66. Abdulax Xaibulaev. Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 32. Rustam Samigullin, 24. Mixeil Erqemlidze, 7. Petar Skuletiç, 21. İldar Ələkbərov, 77. Veysəl Rzayev, 29. Ceyhun Nuriyev, 70. Təbriz İsazadə, 33. Camal Cəfərov, 13. Abdulla Rzayev, 87. Nazim Həsənzadə. Baş məşqçi: Ramin Quliyev.

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov. Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 83. Nihad Quliyev. Baş məşqçi: Qurban Qurbanov Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Səbuhi Bayramov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Aslan Şahgəldiyev “Bank Respublika Arena”, 18:45

N Klublar O Q H M T-F X
1 Qarabağ 7 5 2 0 13-4 17
2 Neftçi 7 4 2 1 14-8 14
3 Qəbələ 7 3 3 1 12-6 12
4 Zirə 7 3 3 1 9-6 12
5 Sumqayıt 7 2 2 3 5-5 8
6 Keşlə 7 2 1 4 6-11 7
7 Səbail 7 2 0 5 5-15 6
8 Sabah 7 0 1 6 3-12 1

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər