"Neftçi" nəhayət, çoxdan axtarışda olduğu hücumçu transferini gerçəkləşdirmək üzrədir.
Fanat.Az-ın məlumatına görə, "ağ-qaralar" son komandası "Brasil de Pelotas" klubu olan Ramon Maçado ilə anlaşma əldə edib.
Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, 30 yaşlı hücumçu artıq Bakıdadır və bu saatlarda tibbi baxışdan keçiriləcək. Bundan sonra azad agent statusu daşıyan oyunçu ilə 2 illik müqavilə bağlanacağı gözlənilir. Mirağa
