"Neftçi" birini yola saldı, o biri də gedir

"Neftçi" birini yola saldı, o biri də gedir

"Neftçi" 26 yaşlı müdafiəçisi Romen Baskla vidalaşıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, fransalı ilə müqavilə vaxtından əvvəl pozulub.

"Neftçi"də ümidləri doğrultmayan Bask özünə yeni iş yeri tapdığı üçün anlaşmasına qarşılıqlı razılıq əsasında xitam verilməsinə razı olub.

Sözügedən legioner karyerasını Liqa 3-də çıxış edən "Şatoru"da davam etdirəcək. 

Romen Bask "Neftçi"yə cari mövsümün əvvəlində Fransanın "Havr" klubundan keçmiş, 2 illik sözləşməyə imza atmışdı. 

Yola salınması gündəmdə olan digər legioner isə Haramiz Soareşdir. Santome və Prinsipi yığmasının yarımmüdafiəçisinə özünə klub tapmaq tapşırılıb. Bu baş verəcəyi halda, yayda Portuqaliya "Eştoril"ini Bakı klubuna dəyişən Harramizin də müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcək.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər