"Neftçi" baş məşqçisiz qaldı: Samir Abasova ağır cəza

"Neftçi" baş məşqçisiz qaldı: Samir Abasova ağır cəza

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında “Neftçi”nin baş məşqçisi Samir Abasov cəzalandırılıb.

Fanat.Az xəbər verir ki, buna çalışdırıcının Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ”la oyunda azarkeşləri təhqir etməsi səbəb olub.

Komitə bu davranışına görə, Abasovu 3-ü şərti olmaqla, 5 oyunluq diskvalifikasiya edib. Həmçinin klub 4000 manat cəriməyə məruz qalıb. Baş məşqçiyə 3 aylıq sınaq müddəti verilib.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu ağdamlıların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər