"Neftçi" Azərbaycan kubokunu qazandı

"Neftçi" Azərbaycan kubokunu qazandı

Bu gün futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. 

Fanat.Az xəbər verir ki, həlledici matçda Yüksək Liqanın bürünc mukafatçısı “Neftçi” İK və Birinci Liqanı 4-cü pillədə başa vuran “Alyans Qrup” komandaları üz-üzə gəlib. 

Görüşdə inamlı qələbə qazanan "Neftçi" İK 26-cı Azərbaycan kubokunun qalibi olub - 6:2. İndiyə qədər 10 komanda kuboku başı üzərinə qaldırıb. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 7 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17, 2021/22) kuboka sahib çıxıb. “Araz-Naxçıvan” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata qazanıb.

Digər kubok sahiblərindən EKOL 4 (2010/11, 2011/12, 2015/16, 2018/19), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15 və “Marafon Futsal” 2017/18 mövsümündə kuboku qazanıb. Ölkə kubokunun 2019/20-ci il mövsümün koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılıb, 2020/21-ci il mövsümü isə ümumiyyətlə keçirilməyib.   Azərbaycan kuboku Final

Neftçi İK - Alyans Qrup 6:2

Qollar: Omid Talebi, 9:23, 13:14, 23:31, İlkin Hacıyev, 12:10, Hasan Ali Jafari, 19:05, Seymur Məmmədov, 35:08 - Məhəmməd Xəlilov, 2:56, Aqşin Paşayev, 28:21 

Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Nahid Xasıyev  Hakim-inspektor: Murad Məmmədov 24 may. Bakı İdman Sarayı. Saat 14:15

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər