"Neftçi" “Atletik” və “Fənərbaxça”ya rəqib oldu

"Neftçi" “Atletik” və “Fənərbaxça”ya rəqib oldu
Türkiyədə keçiriləcək "İzmir Cup”da daha bir Azərbaycan təmsilçisi çıxış edəcək. Fanat.Az xəbər verir ki, beynəlxalq yarışda "Qəbələ” ilə yanaşı, "Neftçi”nin U-12 komandası da qüvvəsini sınayacaq.
"Ağ-qaralar” turnirdə sabah ilk oyununa çıxacaq. Baş məşqçi Emin Salmanovun yetirmələri İtaliyanın "Sampdoriya” klubu ilə qarşılaşacaq.
B qrupunda yer alan "Neftçi”nin digər rəqibləri "Atletik” (İspaniya), "Fənərbaxça” (Türkiyə), "Bucaspor” (Türkiyə), "Altınordu Lacivert” (Türkiyə) və "Brommapoykarna” (İsveç) olacaq.
Qeyd edək ki, "İzmir Cup”da ümumilikdə 56 komanda iştirak edəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər