"Neftçi" qələbə seriyasını davam etdirdi

"Neftçi" qələbə seriyasını davam etdirdi
Topaz Premyer Liqasında X tura yekun vurulub. Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyununda 4-cü yer uğrunda mübarizə aparan "Neftçi" və "Sumqayıt" qarşılaşıb. Ardıcıl üç qələbə qazanan Tərlan Əhmədovun yetirmələri uğurlu seriyanı davam etdirib - 2:1. Bununla da "ağ-qaralar" turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.
Oyuna fəal başlayan "Neftçi" 3-cü dəqiqədə hesabı açıb. Mirabdulla Abbasov "ağ-qaralar"ı sevindirib. "Sumqayıt" isə 38-ci dəqiqədə bərabərliyi təmin edib. "Neftçi"nin qapısına təyin edilən penaltini Tural Axundov dəqiq yerinə yetirib. 88-ci dəqiqədə isə Rəhman Hacıyev "Neftçi"nin qələbə qolunu vurub.
Qeyd edək ki, turun ilk 3 oyununda "Qarabağ" "Səbail"i  1:0, "Kəpəz" "Keşlə"ni 2:0, "Zirə" "Qəbələ"ni 2:1 hesabı ilə yenib.
 
Premyer Liqa
2017/18 mövsümü
II dövrə, X tur
29 oktyabr
Neftçi - Sumqayıt 2:1
Qollar: Mirabdulla Abbasov, 3. Rəhman Hacıyev,88 - Tural Axundov, 38-pen.
Neftçi: 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 21. Məhəmməd Mirzəbəyov, 6. Rəşad Sadiqov, 8. Emin Mahmudov, 10. Derlis Meza Kolli, 7. Namiq Ələsgərov, 11. İqnasio Herrera, 22. Mirabdulla Abbasov. 
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Mateo Mujek, 9. Uqo Barqas, 12. Daniel Seqovia, 17. Rəhman Hacıyev, 16. Pavel Dreksa, 19. Fəhmin Muradbəyli, 23. Tərzin Cahangirov, 27. Məqsəd İsayev, 97. Elnur Cəfərov.
Baş məşqçi: Tərlan Əhmədov.
Sumqayıt: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 5. Vüqar Bəybalayev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə, 90. Ramil Həsənov.
Baş məşqçi: Samir Abasov.
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Cavanşir Yusifov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
"Bakcell Arena”.
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

9

7

1

0

15:4

22

2

Zirə

10

6

3

1

18:8

21

3

Qəbələ

10

6

1

3

13:10

19

4

Neftçi

10

4

1

5

12:10

13

5

Sumqayıt

10

4

1

5

11:14

13

6

Səbail

9

3

0

6

5:13

9

7

Keşlə

10

2

2

6

7:14

8

8

Kəpəz

10

2

1

7

7:15

7

 

Bombardirlər

Mahir Mədətov (Qarabağ) - 5. Təmkin Xəlilzadə (Zirə), Riçard Qadze (Zirə), Amil Yunanov (Sumqayıt) - 4.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər