"Neftçi" Antalyadakı son oyununda da uduzdu

"Neftçi" Antalyadakı son oyununda da uduzdu
Türkiyədə təlim-məşq toplanışını başa vurmaq üzrə olan "Neftçi” bu gün sonuncu yoxlama görüşünü keçirib. Fanat.Az xəbər verir ki, "ağ-qaralar” 5-ci sınaq matçında "Sileks” klubu ilə üz-üzə gəlib.
Makedoniya bakılılar böyük hesabla məğlub olublar. İlk hissədə 2 qol vuran "Sileks” fasilədən sonra daha bir dəfə də fərqlənib.
Qeyd edək ki, "Neftçi” toplanış çərçivəsində buna qədər keçirdiyi yoxlama görüşlərində "SKA Xabarovsk” (Rusiya - 1:8), "Slaviya” (Bolqarıstan - 0:1), "Konkordiya” (Rumıniya - 0:1) və "Krılya Sovetov”a (Rusiya - 0:2) da məğlub olub.
30 yanvar
Neftçi (Azərbaycan) - Sileks (Makedoniya) 0:3
Neftçi: Səlahət Ağayev, Fərid Abbaslı (Mayk Kampaz, 46), Kirilo Petrov, Elvin Sərkərov, İlkin Qırtımov, Rəşad Sadiqov (k), Derlis Meza Kolli, İqnasio Errera, Namik Ələskərov, Fransisko Qarsiya, Mirabdulla Abbasov (Lukas Qomez, 46).
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər