"Neftçi" Almaniyada "Vuppeltaler"i yendi, amma...

"Neftçi" Almaniyada "Vuppeltaler"i yendi, amma...

“Neftçi” PFK-nın U-11 komandası Almaniyanın Düsseldorf şəhərində təşkil olunan “VW Wolf Herbst CUP” turnirinə start verib. 

Fanat.Az-ın məlumatına görə, yarışın ilk günündə Almaniya “Vuppeltaler”inə 4:1 hesabı ilə qalib gələn Mahmud Əhmədovun yetirmələri bu ölkənin “Ratingen” (0:2), “Hannover” (1:2) və Belçikanın “Eupen” (2:6) klublarına məğlub olaraq C qrupunda 5 komanda arasında 4-cü yeri tutub.

Bununla da, “ağ-qaralar” 6 komandalı 4-cü qrupda mübarizə aparmaq hüququ qazanıb. “Hamburq”a 0:3 hesabı ilə uduzan U-11 Almaniyanın başqa bir klubu “Paderborn”a 2:1 hesabı ilə qalib gəlib.

Bakılılar qrupun digər oyunları çərçivəsində oktyabrın 2-də “Hessen Kassel”, “Ayntraxt Dortmund” və “Ratingen” klubları ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər