Neftçi” PFK-nın prezidenti Kamran Quliyev veteran futbolçu, "ağ-qaralar"ın sabiq baş məşqçisi, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovu 75 illik yubileyi münasibətilə təbrik edib. Fanat.Az xəbər verir ki, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib. Qeyd edək ki, 1967-1970-ci illərdə ağ-qara formanı geyinmiş Ağasəlim Mircavadov 1983-1985, 1987-ci illərdə “Neftçi”də məşqçi, 1987-1988, 1989, 2004-2006-cı illərdə isə baş məşqçi vəzifəsində çalışıb. "Ağ-qaralar" onun rəhbərliyi altında 2005-ci ildə Azərbaycan çempionatının, 2006-cı ildə ildə isə “Birlik kuboku”nun qalibi olub. Mircavadov 1988-ci ildə “Azərbaycanın əməkdar məşqçisi” fəxri adına, 2008-ci ildə “Şöhrət” ordeninə, 2018-ci ilin dekabrından isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.
"Neftçi" Ağasəlim Mircavadovun yubileyini təbrik etdi
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı