"Neftçi" yeni legionerlə anlaşıb.
Fanat.Az xəbər verir ki, Braziliyanın "İnternasional" klubundan ayrılan futbolçu Qilyerme Pato karyerasını Azərbaycanda davam etdirməyə razılaşıb.
Bu barədə Porto Aleqre klubunun rəsmi saytı məlumat yayıb. Klub 10 futbolçusu ilə yolları ayırıb ki, onlardan biri Braziliya A Seriyasında çıxış edən "Kuyaba"da icarə əsasında top qovan Qilyermedir. Ümumiyyətlə, 21 yaşlı hücumçu son iki ildə əsasən icarədə çıxış edib. Bundan əvvəl o, "Ponte Preta"da oynayıb.
"Neftçi" ilə anlaşan gənc forvardın müqaviləsinin detalları barədə məlumat verilməyib. Mirağa