"Neftçi-2" yenə uduzdu

"Neftçi-2" yenə uduzdu

Bu gün futbol üzrə I Divizionda 2-ci tura start verilib.

Fanat.Az xəbər verir ki, ilk oyun günü 2 matç baş tutub.  Mövsümə hazırlığı ölkə xaricində keçirməsinə baxmayaraq, çempionata uğursuz start verən "Neftçi-2" ardıcıl ikinci məğlubiyyətlə üzləşib. Mahmud Qurbanovun komandası "Qəbələ-2"-ylə bacarmayıb.  MOİK - "Səbail-2" qarşılaşmasında isə qalib müəyyənləşməyib. 

Qeyd edək ki, turun qalan 4 görüşü sabah keçiriləcək:

21 sentyabr (çərşənbə axşamı)

“Qəbələ-2” – “Neftçi-2” 3:1 Qollar: Xəyal Səmədov, 12, Mehrac Baxşalı, 39, Aqil Nəsibov, 44 - Famil Camalov, 90+1.

MOİK – “Səbail-2” 1:1 Qollar: Rafael Qavami, 45+1 - Elvin Əliyev, 71.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər