"Neftçi" 2 legioneri baxışa çağırdı

"Neftçi" 2 legioneri baxışa çağırdı

"Neftçi" baxışa yeni futbolçular çağırıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırda iki seneqallı oyunçu komandanın düşərgəsində yoxlanışdadır.

18 yaşlı dayaq yarımmüdafiəçisi Sisse Usman və mərkəz müdafiəçisi olan həmyaşıdı Dyedyu Usman məşqlərdə iştirak edirlər.

Bu futbolçular məşqçilər heyəti tərəfindən bəyəniləcəyi halda, onlarla rəsmi müqavilə bağlanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər