Nazir "Neftçi" azarkeşi olduğunu açıqladı - VİDEO

Nazir "Neftçi" azarkeşi olduğunu açıqladı - VİDEO
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların övladları üçün "Qaliblər düşərgəsi” fəaliyyətə başlayıb.
13-14 yaşlı yeniyetmələr üçün nəzərdə tutulmuş düşərgənin məqsədi şəhid övladlarının intellektual və emosional inkişafına dəstək vermək, onların yay tətilini daha da maraqlı və yaddaqalan etməkdir.
Fanat.Az xəbər verir ki, ötən gün düşərgənin qonağı təhsil naziri Emin Əmrullayev olub. 
O, uşaqların suallarını cavablandırıb, əyləncəli oyunlarda iştirak edib. 
Görüş zamanı uşaqlar nazirə ən sevdiyi idman növünün və azarkeşi olduğu klubunun adını soruşublar. 
Nazir isə, cavabında "Neftçi" klubunun fanatı olduğunu deyib: "Ən sevdiyim idman növü üzgüçülük və şahmatdır. "Neftçi" klubunun azarkeşiyəm. İstəsəniz, "Neftçi" - "Dinamo" (Tbilisi) oyununa birlikdə baxa bilərik". 
 
Röya 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər