UEFA-nın dəstəyi və AFFA-nın təşkilatçılığı ilə sentyabrın 19-da Naxçıvan şəhəri Uzunoba təlim-məşq bazasında “Kütləvi Futbol Həftəsi” (Grassroots Week) layihəsi həyata keçirilib. Fanat.Az xəbər verir ki, layihədə 100-dən çox gənc oğlan və qızlar iştirak edib. Kompleksin böyük və mini futbol meydançalarında - müxtəlif maraqlı və əyləncəli oyunları əhatə edən sektorlarda uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər. İştirakçıların “face art”la (üz boyama sənəti) bəzənən simaları, diceyin (DJ) müşayiəti ilə səslənən dinamik musiqilər əyləncəni daha da rəngarəng edib. Sonda hər bir iştirakçıya Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən layihəni əks etdirən futbol topları hədiyyə olunub. Qeyd edək ki, UEFA hər il futbolun kütləviliyinin arıtırılması məqsədilə Avropada “Kütləvi Futbol Həftəsi” keçirir. Qeyd olunan layihə üzrə növbəti tədbirlər sentyabrın 27-də Mingəçevirdə, 30-da isə Bakı şəhərində baş tutacaq.
Naxçıvanda festival keçirilib
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Milli
23:58
23.11.2026
"Ərzurumspor"da Nəriman qərarı - Yanvarda yollar ayrılır?
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Oxşar xəbərlər
Azərbaycan futbolu
23:51
24.11.2026
Umarali Raxmonaliyev "Sabah"dan ayrılır? - Özü danışdı
Azərbaycan futbolu
18:09
24.11.2026
"Zəngəzur" yenə qol vurmadan ağır yenilgi ilə üzləşdi
Azərbaycan futbolu
17:46
24.11.2026
Saliba "Sabah"a qarşı oynamayacaq
Azərbaycan futbolu
16:51
24.11.2026
Yusif Nəbiyev turun mərkəzi qarşılaşmasında komandasına kömək edəcəkmi? - Açıqlandı