Mxitaryanı "Neftçi" ilə bağlayan tarixi fakt

Mxitaryanı "Neftçi" ilə bağlayan tarixi fakt

1980-ci ildə "Neftçi" - "Ararat" (0:1) oyunundan sonra Bakıda yaşanan iğtişaş, futbol tariximizin xoşagəlməz anlarından biri kimi yaddaşlarda qalıb. Həmin qarşılaşmada qələbə qolunu hazırda "Mançester Yunayted"in futbolçusu Henrix Mxitaryanın atası, 18 yaşlı Hamlet Mxitaryan vurub. 

Bu haqda sportline.az-a sözügedən oyunun iştirakçısı olan, "Neftçi"nin veteranı Səmədağa Şıxlarov məlumat verib. "Paxtakor"la tarixi qarşılaşma haqda xatirələrini bölüşən Şıxlarov, ermənilərlə oyunu da xatırlayıb: 

"Bazaya gedərkən gördük ki, “Gənclik”dəki köşkləri yandırıblar. “Ararat”la oyunda yaşananlar da bunun bənzəri idi. İndiki Henrix Mxitaryanın atasının vurduğu qolla 0:1 uduzmuşduq. Azarkeşlər buna bənzər iğtişaş törətmişdilər".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər