Münəccimin proqnozu: "Lester" - "Arsenal" matçından nə gözləyək?

Münəccimin proqnozu: "Lester" - "Arsenal" matçından nə gözləyək?

Bu gün İngiltərə Premyer Liqasının X turuna start veriləcək.

Fanat.Az proqnoz vermək üçün turun ən maraqlı oyunlarından biri olan "Lester" - "Arsenal" görüşünü seçib.

Lester Siti 

İngiltərə Kubokunun son qalibi "Lester" ölkə Superkubokunda çempion olan "Mançester Siti"ni məğlub edərək mövsümə yaxşı start verib. Avropa Liqasının üç turunda bir qələbə və bir heç-heçə edən “tülkülər” "Legiya"ya məğlub olaraq dörd xala sahibdir və qrupda üçüncü pillədə qərarlaşıb. Brendan Rocersin yetirmələri bu həftə "Braytonu"u penaltilər seriyasında 3:2 hesabı ilə məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəlib.

İngiltər Premyer Liqasının IX turunda "Lester" 4 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət görüb. Hazırda 14 xala sahibdir və turnir cədvəlində 9-cu yerdə qərarlaşıb. Son çempionat oyununda "tülkülər" "Brentford"u məğlub edib - 2:1.

Ceyms Castin, Uilfrid Ndidi, Mark Olbrayton, Uesli Fofana və Ceymi Vardi bu gün meydana çıxa bilməyəcək.

Arsenal

"Arsenal" İngiltərə Liqa Kubokunda "Lids Yunayted"i məğlub edərək (2:0) asanlıqla 1/4 finala yüksəlib. Ümumiyyətlə, zaman keçdikcə londonlular daha da güclənir. Avrokuboklarda iştirak etməyən "Arsenal" yerli çempionata tam olaraq köklənib. "Topçular" bütün turnirlər daxil olmaqla 8 oyundur məğlub olmur. Artetanın yetirmələri bunlardan 6-sını qələbə ikisini heç-heçə ilə başa vurub. 

Kieran Tirni və Qranit Caka bu gün meydana çıxa bilməyəcək.

Komandalar arasında keçirilən son 5 oyun:

Lester - Arsenal 1:3 Arsenal - Lester 0:1 Lester - Arsenal 0:2 Arsenal - Lester 1:1 Lester - Arsenal 2:0

Proqnoz 

Münəccimin fikrincə, bu gün bizi olduqca maraqlı oyun gözləyir. Komandalar turnir cədvəlində 14 xala malikdir. Qol sayına görə "Lester" 9, "Arsenal" isə 10-cu yerdədir.  Bu gün "topçular"ın rəqiblərindən yeganə fərqi odur ki, komanda güc yığıb və yaxşı irəliləyir. "Lester" isə gələn həftə UEFA Avropa Liqasında da oyun keçirməlidir. "Tülkülər"in əsas qol silahı Vardinin olmaması da "Arsenal"a üstünlük qazandırır. Buna baxmayaraq, hər iki komanda nə üçün mübarizə apardığını yaxşı bilir. Oyunun nəticəsi turnir cədvəlindəki mövqeyə ciddi təsir edəcək. Bu səbəbdən heç bir komandadan praqmatik oyun görməyəcəyik. Hər iki komanda irəli atılıb rəqibin qapısı ağzında təhlükə yaradacaq. 

Münəccimin ilk proqnozu hər iki komandanın qol vuracağı (QQ) variantıdır. Əmsal - 1,78. 

Hər iki komandanın eyni gücə sahib olduğunu nəzərə alaraq münəccim 3,00 əmsalla heç-heçə (X) olacağını proqnozlaşdırır. Risk etməyi sevənlər üçün optimal variantdır.

Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər