MS-də Semenyo fırtınası - Qanalı tarixi rekordu təkrarladı

MS-də Semenyo fırtınası - Qanalı tarixi rekordu təkrarladı

Antuan Semenyo "Mançester Siti"nin tarixi rekordunu təkrarlayıb.

Fanat.Az "Opta Joe"yə istinadən xəbər verir ki, "şəhərlilər"in yanvarın 9-da heyətə qatdığı vinger fərdi uğura "Tottenhem"lə heç-heçə etdikləri (2:2) görüşdə - 24-cü turun matçında qol vuraraq imza atıb.

Qanalı cinah hücumçusu "şəhərlilər"in heyətində dördüncü dəfə fərqlənib. 26 yaşlı futbolçu İngiltərə Premyer Liqasının yaranmasından (1992/1993) sonra bütün yarışlarda "Mançester Siti"də ilk beş qarşılaşmanın dördündə qol vuran ikinci oyunçudur.

Daha öncə Mançester təmsilçisinə qoşulandan dərhal sonra bombardirlik keyfiyyətini bu şəkildə yalnız toqolu Emmanuel Adebayor nümayiş etdirib. O, 2009-cu ildə yüksək performansla diqqət çəkib.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər