Bu gün Misli Premyer Liqasında 16-cı turun oyunlarına yekun vurulub. Fanat.Az xəbər verir ki, turun son oyun günündə bir qarşılaşma baş tutub. Bağlanış matçında "Turan Tovuz" doğma meydanda "Şamaxı"nı qəbul edib.
Dramatik keçən qarşılaşmada "Turan Tovuz" hesabda iki dəfə geri düşməsinə rəğmən, son dəqiqə qolu ilə qələbə qazanıb. Qeyd edək ki, növbəti turun oyunları 14-16 dekabr tarixlərində keçiriləcək.
Misli Premyer Liqası 16-cı tur 9 dekabr
"Turan Tovuz" – "Şamaxı" 3:2 Qollar: Roderik Miller, 21; 90+4. Alexandro Serrano, 60-pen. - Belajdi Pusi, 12. Edqar Adilxanov, 39.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Asiman Əzizli, Rauf Allahverdiyev VAR: Nicat İsmayıllı, Şirmamed Mamedov Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Asif Əliyev Tovuz. Şəhər stadionu
“Turan Tovuz”: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 80. Otto Con, 21. Aleks Souza. Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 99. Sadiq Şəfiyev, 70. Məzahir Məmmədzadə, 20. İbrahim Ramazanov, 6. Araş Qaderi. Baş məşqçi: Kurban Berdiyev.
“Şamaxı”: 1. Rikardo Fernandes, 60. Səbayıl Bağırov (k), 17. Rafael Məhərrəmli, 6. Rauf Rüstəmli, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels, 93. Brahim Konate, 9. Belajdi Pusi, 66. Vasiliye Bakiç. Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 10. Emin Zamanov, 80. Zahid Mərdanov, 5. Arsen Ağcabəyov, 13. Ramin Əhmədov, 22. Qurban Səfərov, 19. Fəxri Məmmədli, 11. Conatan Benteke. Baş məşqçi: Ayxan Abbasov.