MPL: "Qarabağ"ın ÇL öncəsi "İmişli" sınağı

MPL: "Qarabağ"ın ÇL öncəsi "İmişli" sınağı

Bu gün Misli Premyer Liqasında 10-cu tur start götürəcək. 

Fanat.Az xəbər verir ki, dörd günü əhatə edəcək turun açılış oyunu Bakıda baş tutacaq. 

"Qarabağ" Çempionlar Liqasındakı növbəti sınağı ərəfəsində "İmişli" ilə üz-üzə gələcək. "Azərsun Arena"da keçiriləcək oyun saat 17:00-da start götürəcək.

Xatırladaq edək ki, “Qarabağ” bu görüşü səfərdə keçirməli idi. Ancaq klub Çempionlar Liqasının Liqa mərhələsinin “Çelsi” ilə keçiriləcək oyununa daha yaxşı hazırlaşmaq məqsədilə görüşünün yerinin dəyişdirilməsini istəyib. Peşəkar Futbol Liqası "İmişli” klubunun razılığını nəzərə alaraq müraciətə müsbət cavab verib. 

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 17 xalla ikinci pillədə qərarlaşıb. "İmişli" 12 xalla yeddincidir.

Qeyd edək ki, tura noyabrın 3-də yekun vurulacaq.

Misli Premyer Liqası 10-cu tur 31 oktyabr

17:00. "Qarabağ" - "İmişli"  Hakimlər: Əli Əliyev, Elşad Abdullayev, Kərim Zeynalov, Emin Əliyev. VAR: Rəşad Əhmədov, Rəhman İmami. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Rüfət Əmirov. Suraxanı. "Azərsun Arena".

MPL: "Qarabağ"ın ÇL öncəsi "İmişli" sınağı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər