MPL: "İmişli" "Kəpəz"ə qarşı, “Turan Tovuz” “Karvan-Yevlax”ı qəbul edir

MPL: "İmişli" "Kəpəz"ə qarşı, “Turan Tovuz” “Karvan-Yevlax”ı qəbul edir

Misli Premyer Liqasında XIX tur davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün turun daha iki oyunu keçiriləcək.

Əvvəlcə Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" ilə "Kəpəz" üz-üzə gələcək. Fərid Hacıyevin idarə edəcəyi matç saat 14:30-da başlanacaq.

Günün digər qarşılaşması isə "Azərsun Arena"da "Turan Tovuz" və "Karvan-Yevlax" komandaları arasında baş tutacaq. Baş hakim Vüqar Həsənlinin idarə edəcəyi görüşün start fiti saat 18:30-da start götürəcək.

Qeyd edək ki, tura fevralın 10-da yekun veriləcək.

Misli Premyer Liqası XIX tur 9 fevral

14:30. “İmişli” – “Kəpəz” Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov. VAR: Elçin Məsiyev, Elşad Abdullayev. Hakim-inspektor: İmanxan Sulatni. AFFA nümayəndəsi: Seymur Səlimli. Quba. Olimpiya İdman Kompleksinin stadionu.

18:30. “Turan Tovuz” – “Karvan-Yevlax” Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Zöhrab Abbasov, Murad Səlimov. VAR: Nicat İsmayıllı, Pərvin Talıbov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Məmmədəli Məmmədov. “Azersun Arena”.

MPL: "İmişli" "Kəpəz"ə qarşı, “Turan Tovuz” “Karvan-Yevlax”ı qəbul edir

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər