Moskva "Spartak"ının futbolçusu "Neftçi" ilə oyundan danışdı

Moskva "Spartak"ının futbolçusu "Neftçi" ilə oyundan danışdı
Ötən gün "Neftçi" ilə yolxama oyunu keçirən Moskva "Spartak”ının yarımmüdafiəçisi Mixail İqnatov görüşlə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, Bakı klubuna 1:2 hesabı ilə uduzan Moskva təmsilçinin futbolçusu bunları deyib: 
"Ağır oyun oldu. Matçdan əvvəl cəmi 15 gün məşq etmişdik. Biz oyundan-oyuna inkişaf edəcəyik. Komandamız texniki cəhətdən yaxşıdı. Amma fiziki baxımdan "Neftçi”nin daha yaxşı olduğu hiss olunurdu. Azərbaycan təmsilçisi tezliklə Çempionlar Liqasında mübarizəyə başlayacaq. Onlar texniki və fiziki cəhətdən daha hazırlıqlı idi. Bu səviyyədə komandaları sakit məğlub etmək üçün çalışmağa davam edəcəyik”.
Qeyd edək ki, Mixail İqnatov "Spartak"ın matçdakı yeganə qoluna imza atıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər