Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

"Qarabağ"ın yarımmüdafiəçisi Xoni Montiel komandadan ayrıla bilər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, ispan yarımmüdafiəçi baş məşqçi Qurban Qurbanovun qəzəbinə tuş gəlib.

Belə ki, ötən ay başqa klublardan təklif alan orta xətt oyunçusunun məşqlərdə canfəşanlıq etməməsi onun Qurbanovun gözündən düşməsi ilə nəticələnib. Hər hansı zədəsi olmayan legionerin 1-ci təsnifat mərhələsində "Vestri"yə qarşı matçlarda gözə dəyməməsinin səbəbi bundan qaynaqlanır. Montiellə maraqlanan klublara gəlincə, bunlar İspaniya Sequndasında mübarizə aparan "Albasete" və Polşa "Lex"idir.

Toğrul  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər