Almaniya Bundesliqasında IV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Dortmund "Borussiya"sı "Qarabağ"ı Avropa Liqasında mübarizədən kənarlaşdıran "Ayntraxt"ın (Frankfurt) qonağı olub.
Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Borussiya"nın hər iki qoluna erməni Henrik Mkitaryan imza atıb. "Ayntraxt"ın heyətində isə Vaklav Kadlek fərqlənib.
Qeyd edək ki, "Borussiya" hazırda Bundesliqada bütün oyunlarda qələbə qazanan yeganə komandadı. Son çempion "Bavariya" bir oyunda heç-heçə oynayıb.
Fanat.az