Milliyə çağırılmayan ingilis yeni dünya rekordu müəyyənləşdirdi

Milliyə çağırılmayan ingilis yeni dünya rekordu müəyyənləşdirdi

Şotlandiyanın "Reyncers" klubunun futbolçusu Ceyms Tavernye yeni dünya rekordu müəyyənləşdirib.

Fanat.Az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi 2022-ci ildə beynəlxalq oyunlarda ən çox qol vuran müdafiəçi olub.

İngiltərə seçməsinə dəvət almayan Tavernye avrokuboklarda 9 dəfə rəqib qapıçıları məyus edib ki, bu da başqa müdafiəçilər üçün əlçatmaz göstəricidir.  O, UEFA Çempionlar Liqasında 2, Avropa Liqasında 7 dəfə qol sevinci yaşayıb.

Ceyms müxtəlif dönəmlərdə il ərzində hərəyə 8 qol vurmuş 3 müdafiəçini geridə qoyub.  Bunlar qətərli Abdelkarim Hassan ("Əl-Sədd", 2019), avstriyalı David Alaba ("Bayern Münhen", 2013) və irlandiyalı İan Hartdır ("Lids", 2001).

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər