Millimizin  və "Neftçi"nin sabiq futbolçusu vəfat etdi

Millimizin  və "Neftçi"nin sabiq futbolçusu vəfat etdi

Azərbaycan millisinin sabiq futbolçusu Vladislav Lemiş dünyasını dəyişib. 

Fanat.Az xəbər verir ki, o, 51 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Lemiş 1970-ci ilin avqustun 20-də Bakıda doğulub.

Şəhərin “Əmək ehtiyatları” futbol məktəbinin yetirməsidi. İlk müəllimi Alik Cəfərov olub. “Neftçi”də top qovub. 1987-ci ildə futbolumuzun digər təmsilçiləri Vladislav Qədirov və Arif Əsədovla birgə SSRİ yeniyetmələr yığmasına çağrılıb və onlarla birgə Kanadada keçirilən dünya çempionatında qızıl medal qazanıb. Azərbaycan millisində 1 oyun keçirib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər