Mikels Azərbaycandan ayrıldı - Yeni klubu…

Mikels Azərbaycandan ayrıldı - Yeni klubu…

“Karvan-Yevlax”ın hücumçusu Coy Slayd Mikels karyerasını Maltada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, Maltanın “Hibernians” klubu Ruanda millisinin üzvü olan 32 yaşlı forvardın transferini rəsmən açıqlayıb.

Mikels ötən mövsüm “Karvan-Yevlax”ın heyətində Azərbaycan çempionatında 17 oyuna çıxaraq 4 qol vurub. O, həmçinin Azərbaycan Kubokunda da 1 qolla yadda qalıb.

Almaniyada “Borussiya Münhenqladbax” akademiyasından yetişən futbolçu karyerası ərzində İsveçrə, Norveç və Almaniyada müxtəlif klubların formasını geyinib. Mikels ötən ilin avqustunda “Karvan”la birillik müqavilə imzalamışdı.

Qeyd edək ki, o, "Sabah"ın forvardı Coy Lens Mikelsin qardaşıdır.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər